Şəhidimiz Beyləqanda torpağa tapşırılıb

Şəhidimiz Beyləqanda torpağa tapşırılıb
  28 Fevral 2017    Oxunub:2150
Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağdam rayonu Mərzili kənd sakini Qədimov Zülfü Rəhim oğlu Beyləqanda son mənzilə yola salınıb.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdam, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyətin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.

Şəhidin nəşi Həzrəti Cərciz Peyğəmbər ziyarətgahındakı Şəhidlər xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Zülfü Qədimovun tabutu üzərinə çəkilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.

AzVision.az


Teqlər: #Şəhid   #Ordu  



Xəbər lenti