Bakıda saxta araq sexi aşkarlandı
![Bakıda saxta araq sexi aşkarlandı Bakıda saxta araq sexi aşkarlandı](https://azvision.az/photos/saxlanilib_010317_02_1488367792.jpg)
Sexə baxış zamanı külli miqdarda saxta “Beluga”, “Stoliçnaya”, “Absolut”, “Nemiroff”, “Russkiy Standart”, “Moskovskaya”, “Russkiy Kalibr”, “Kremlin” “Banketnaya”, “Zolotoe Koltso” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, eləcə də spirtli içkilərin qablaşdırılmasında istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıqlar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz və istifadəyə tam yararsızdır, bu səbəbdən insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
AzVision.az
Teqlər: