Bu gün 16 dərəcə isti olacaq
![Bu gün 16 dərəcə isti olacaq Bu gün 16 dərəcə isti olacaq](https://azvision.az/photos/15102333_770140166459623_286501013_o_1488444257_1488518216.jpg)
Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunub gecə 5-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən martın 4-ü gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: