Toyu olacaq gəncin meyidi tapıldı - Video
26 yaşlı Mehman Cəmilovun meyidi Şin kəndi yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Mehman Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Mərhumun cəsədini tapmaq isə o qədər də asan olmayıb.
Birlikdə ova gedən Mehman və Səxavət Cəmilov ov zamanı bir-birlərindən ayrı düşüblər. Bir müddət keçdikdən sonra isə Səxavət Mehmanın itdiyini görüb. Ov yoldaşınının kəndə geri qayıtdığını düşünüb. Ancaq kəndə gəldikdə Mehmanın hələ də qayıtmadığını anlayıb, təşvişə düşüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər: