Bakıda dəhşətli intihar
![Bakıda dəhşətli intihar Bakıda dəhşətli intihar](https://azvision.az/photos/6d5be22402056bac960911219b7f4f5a_1488610393.jpg)
Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 25-də baş verib. Həmin evdə yaşayan, 1970-ci il təvəllüdlü Zeynalov Samir Rəhim oğlu evin hamamında ülgüclə boğazını kəsərək intihar edib.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
AzVision.az