Göyçayda 3 otaqlı evdə yanğın olub
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 180 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin mətbəxinin və çardağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


