Bərdədə ev, Qubada isə maşın yanıb

Bərdədə ev, Qubada isə maşın yanıb
  05 Mart 2017    Oxunub:1138
Bərdədə birmərtəbəli evdə yanğın olub.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kvadratmetr olan üçotaqlı evin bir otağının tavanı yanıb.

Alovun evin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Quba rayonunun Susay kəndində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti