Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi.
2011-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. O, magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb.
Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüş zamanı qəhrəmancasına şəhid olub.
Samir Kaçayev aprelin 3-də doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində dəfn olunub. Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.


Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


