4 kq-dan artıq civəni satan şəxs tutuldu
Faktla bağlı DGK İstintaq İdarəsində Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə Azərbaycan vətəndaşı Tağıyev Elbariz Rəfayıl oğlu şübhəli şəxs qismində tutulub, CM-in 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, gömrük əməkdaşları tərəfindən bundan öncə iki fakt üzrə ümumi çəkisi 9894,5 qram olan civəni satmaq istəyən şəxslər də aşkar edilərək saxlanılıblar.
AzVision.az
Teqlər: