Nişanı qaytardığı üçün öldürülən qızın görüntüsü - Video
Buna 31 yaşlı Nəcəf Məcidovun tüfeyli həyat keçirməsinin səbəb olduğunu bildirib. İlahə Ağayeva ilə görüşmək istəyən Nəcəf buna nail olmadıqda onların evinə gəlib, nişanlısını və ona mane olmaq istəyən bacısı 20 yaşlı Rəhimə Ağayevanı bıçaqlayıb. Nəticədə İlahə hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Mərhumun xalası: "Uşaq gördü ki, bunda nəsə çatmıyan bir şey var. Anasına dedi ki, nə qədər sakitlikdi, qaytar məni, orda ölümümü görəcəksən. Anası da dedi ki, öz razılığınla qaytarmaq istəyirsənsə qaytaraq. Gəlib gecəynən ana işdə, 2 uşaq evin içində, açıb qapını girib içəri".
Hadisəni törədən Məcidov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az