İki futbolçu xəstəxanaya yerləşdirilib

İki futbolçu xəstəxanaya yerləşdirilib
  08 Mart 2017    Oxunub:1515
Tovuzda fəaliyyət göstərən «Turan» futbol klubunun oyunçusu zəhərlənib.

Klubun futbolçusu Bakı sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edərək, zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M. Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib.

Klubun başqa bir futbolçusu, rayonun Əlimərdanlı kənd sakini 1996-cı il təvəllüdlü Tağıyev Eltay səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib. (APA)

AzVision.az


Teqlər: Təciliyardım  





Xəbər lenti