Samur-Abşeron kanalından meyit tapılıb
![Samur-Abşeron kanalından meyit tapılıb Samur-Abşeron kanalından meyit tapılıb](https://azvision.az/photos/Kanal1488975390_1488987049.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin “Şimal” dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 15:04-də başa çatıb.
AzVision.az
Teqlər: