Beyləqanda 4 otaqlı ev yanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az