AzVision.az xəbər verir ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İlkin ehtimala görə, “Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.
***
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 5 nəfər isə yaralanıb.
![](https://azvision.az/photos/qezadan-goruntuler-(1)_1489038381.jpg)
![](https://azvision.az/photos/qezadan-goruntuler-(4)_5956153532.jpg)
Anar Kəlbiyev
AzVision.az