Rəsmi açıqlama: Qəza zamanı 3 nəfər ölüb, yaralıların vəziyyəti ağırdır

Rəsmi açıqlama: Qəza zamanı 3 nəfər ölüb, yaralıların vəziyyəti ağırdır
  09 Mart 2017    Oxunub:2043
Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı yaralanan 5 nəfərin vəziyyəti ağırdır.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətnin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, qəza zamanı 3 nəfər dünyasını dəyişib: "Yaralanan 5 nəfər isə Klinik Tibbi mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağırdır".

Qeyd edək ki, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. İlkin ehtimala görə, “Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Sumqayıt   SəhiyyəNazirliyi  





Xəbər lenti