Yaralı tələbələrin vəziyyəti necədir? - Rəsmi açıqlama
![Yaralı tələbələrin vəziyyəti necədir? - Rəsmi açıqlama Yaralı tələbələrin vəziyyəti necədir? - Rəsmi açıqlama](https://azvision.az/photos/xestexana2017_1489042181.jpg)
Xəstəxananın baş həkimi Rauf Sadıqov AzVision.az-a bildirib ki, yaralılardan 7 nəfəri qız, qalanları isə oğlandır.
“Hamısı tələbədir. Onlardan 14-ü stansionar, 3-ü isə ambulator müayinəyə cəlb edilib. Vəziyyətləri orta ağırdır. Müxtəlif bədən xəsarətləri alıblar.
Qəza zamanı 5 tələbə dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 4 yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri xəstəxanaya gətirilən kimi ölüb. Yaralıların ikisinin vəziyyəti ağır olaraq qalır.
Sumqayıt Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər Travmotologiya, 6 nəfər Neyrocərrahiyə, 2 nəfər Reanimasiya, 3 nəfər Cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xırdalan xəstəxanasında isə 3 nəfər yaralı var.
Hazırda tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardım göstərmək, hadisə ilə yaxından tanış olmaq üçün xəstəxanalar üzrə ezam olunublar.
Aytən Zəhra
AzVision.az
Teqlər: Sumqayıtyolu Qəza Xəstəxana