Nazirlik rəsmiləri yaralı tələbələrə baş çəkib

Nazirlik rəsmiləri yaralı tələbələrə baş çəkib
  09 Mart 2017    Oxunub:3818
Təhsil Nazirliyinin rəsmiləri yaralı tələbələrə baş çəkiblər.
AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və digər rəsmi şəxslər bu gün Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan Sumqayıt Dövlət Universitetinin tələbələrinə baş çəkiblər.

Təhsil Nazirliyinin rəhbərliyi qəzada dünyasını dəyişən tələbələrə Allahdan rəhmət, xəsarət alanlara şəfalar diləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. İlkin məlumata görə, qəza zamanı mikro avtobusda 28 nəfər olub. Qəza zamanı 5 tələbə dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti