Sumqayıtdakı yaralı tələbələrin adları açıqlandı

Sumqayıtdakı yaralı tələbələrin adları açıqlandı
  09 Mart 2017    Oxunub:3922
Sumqayıt xəstəxanasında olan yaralı tələbələrin adları açıqlanıb.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova AzVision.az -a bildirib ki, rektor Elxan Hüseynov və kollektiv, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasında yaralı tələbələrə baş çəkdiblər.

Bakıdan dəvət olunmuş xüsusi həkim briqadası tərəfindən yaralı tələbələr Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı müayinə olunurlar.

Qeyd olunub ki, iki nəfər tələbənin vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. İlkin məlumata görə, qəza zamanı mikro avtobusda 28 nəfər olub. Qəza zamanı 5 tələbə dünyasını dəyişib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti