Göygöldə 80 yaşlı qadın qohumunu öldürüb

Göygöldə 80 yaşlı qadın qohumunu öldürüb
  10 Mart 2017    Oxunub:1295
Göygöldə Kəlbəcərdən məcburi köçkün olan qadın qohumunu qətlə yetirib.

Hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. Qohumluq əlaqəsində olan 43 yaşlı Şiraslan Atayevlə 80 yaşlı Mərquş Bayramova arasında yaranan münaqişə birincinin mətbəxt bıçaqı ilə öldürülməsi ilə nəticələnib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, münaqişənin kişinin sərxoş olmasından qaynaqlandığı ehtimal edilir. Hadisəni törədən yaşlı qadın saxlanılıb.

Göygöl Rayon Prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. (ARB)

AzVision.az


Teqlər: Qətl   Cinayət   Həbs  





Xəbər lenti