Qəzada ölən tələbələr dəfn olunub

Qəzada ölən tələbələr dəfn olunub
  10 Mart 2017    Oxunub:3805
Xəbər verdiyimiz kimi, martın 9-da səhər saatlarında Bakı – Sumqayıt yolunda Masazır qəsəbəsinə girişin yanındakı körpüdə baş verən yol nəqliyyat hadisəsi zamanı Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan “Ford Tranzit”markalı avtobus yük avtomobili ilə toqquşub, nəticədə Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova faciəvi şəkildə dünyasını dəyişiblər.

Ötən gün Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar, rəhbər işçiləri və tələbələr avtoqəzada faciəvi şəkildə həyatını itirmiş tələbələrimizin yas mərasimlərində iştirak edərək onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

SDU-dan verilən məlumata görə, bu gün daha iki tələbənin dəfn mərasimi keçiriləcək. Dənfdə universitetin rəhbərliyi iştirak edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   Qəza   SDU  





Xəbər lenti