FHN Xəzərdə batan balıqçıları xilas edib - Yenilənib
Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.
**
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək, sahilə gətirir.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: FHN Xəzər Helikopter







Vaxtında, Aydın, Lazımlı!


