Nişanlısını öldürüb, baldızını bıçaqlayan şəxs tutuldu

Nişanlısını öldürüb, baldızını bıçaqlayan şəxs tutuldu
  11 Mart 2017    Oxunub:1400
Bakıda qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Binə qəsəbəsində Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü İlahə Dəyanət qızı Ağayeva 1986-cı il təvəllüdlü Nəcəf Ramiz oğlu Məcidovun nişanlısı olub.

AzVision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti