Köçkünlərin qaz problemi həll edildi
![Köçkünlərin qaz problemi həll edildi Köçkünlərin qaz problemi həll edildi](https://azvision.az/photos/bea151a2-2adf-4a61-89f2-7521fd176e6a_1489228733.jpg)
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov çıxışında məcburi köçkünlərin sosial problemlərin həll edilməsinin dövlətin sosial siyasətinin prioritetlərindən olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını qeyd edib, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramların icrasından danışıb, bildirib ki, münaqişə ilə üzləşən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlərin vahid mərkəzdən, sistemli şəkildə idarə olunması görülən işlərin səmərəliliyini yüksəldir.
Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində son illər qazanılmış nailiyyətlərdən danışıb, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını şəxsən nəzarətdə saxladığını söyləyən R. Abdullayev ölkə ərazisinin 92%-dən çoxunun qazlaşdırıldığını söyləyib, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
AzVision.az