Şəhid hərbçimiz Tovuzda dəfn edilib

Şəhid hərbçimiz Tovuzda dəfn edilib
  11 Mart 2017    Oxunub:7624
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

Məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib. (APA)

AzVision.az


Teqlər: Şəhid   Ordu   Dəfn   Tovuz  





Xəbər lenti