Ağcabədidə tank əleyhinə mina aşkarlanıb

Ağcabədidə tank əleyhinə mina aşkarlanıb
  12 Mart 2017    Oxunub:2047
Ağcabədi rayonunda partlamamış hərbi sursat aşkarlanıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AzVision.az-a verilən xəbərə görə, Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən Qarabağ kanalının kənarına baxış keçirilərkən, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib. Aşkarlanmış partlamamış hərbi sursat məhdud daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib. 400 kv.m. ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: Mina   ANAMA  





Xəbər lenti