Lənkəranda minik avtomobili yanıb

Lənkəranda minik avtomobili yanıb
  12 Mart 2017    Oxunub:1518
Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın FHN saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajda baş verib. Nəticədə qarajın dam örtüyü 8 m2 sahədə və içərisində "BMW" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Lənkəran  





Xəbər lenti