Azərbaycanda 96 nəfər qidadan zəhərlənib

Azərbaycanda 96 nəfər qidadan zəhərlənib
  13 Mart 2017    Oxunub:1310
Bu ilin fevral ayı ərzində Azərbaycanda əhali arasında 36 qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, bu hadisələrdən 52 nəfər zərər çəkib.

Fevral ayında 2 botulizm hadisəsi baş verib ki, bundan da 4 nəfər zəhərlənib. Qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəhərlənmə   Statistika   SəhiyyəNazirliyi  





Xəbər lenti