Gəncədə bərbərxanadan 25 min oğurlanıb

Gəncədə bərbərxanadan 25 min oğurlanıb
  13 Mart 2017    Oxunub:1451
Gəncədə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, quldurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rübayıl Əliyevin və Yaşar Nağıyevin ətraflarında Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz və Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların martın 9-da şəhər sakini Rahib Rzayevə məxsus bərbərxanadan 25000 manat, 25000 rus rublu, 2.000 ABŞ dolları, danışıq kartları, lotoreya uduş biletləri və sənədlər oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti