Azərbaycanda polisi şantaj edən şəxslər tutuldu
![Azərbaycanda polisi şantaj edən şəxslər tutuldu Azərbaycanda polisi şantaj edən şəxslər tutuldu](https://azvision.az/photos/16426548_813409925465980_1601730042_n_1489394421.jpg)
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
AzVision.az