Beyləqanda məktəbli qızı zorlayanlar tutuldu
![Beyləqanda məktəbli qızı zorlayanlar tutuldu Beyləqanda məktəbli qızı zorlayanlar tutuldu](https://azvision.az/photos/zorlamaq-2017_1489491262.jpg)
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Beyləqan rayon hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K.Hümbətov və T.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, yerli məlumatda yayılan məlumatlara görə, Lalə Məmmədovanı Beyləqan məktəbində zorlayıb videoya çəkiblər.
AzVision.az
Teqlər: BaşProkurorluq Beyləqan