Samuxda 50 ha ərazi yanıb
![Samuxda 50 ha ərazi yanıb Samuxda 50 ha ərazi yanıb](https://azvision.az/photos/trend_fireman_171012_1489555285.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Samux rayonu, Burunqovaq kəndində yanğın nəticəsində 50 ha sahədə qamışlıq, kol-kos və 40 ədəd söyüd ağacı yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az