Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib

Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib
  15 Mart 2017    Oxunub:3300
Tanınmış kinoşünas, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Aydın Dadaşov dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə professorun yaxınları "Facebook" sosial şəbəkəsində məlumat yayıblar.

Mərhumun ürək tutmasından vəfat etdiyi deyilir.

Qeyd edək ki, martın birində Aydın Dadaşovun 65 yaşı tamam olmuşdu.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər: Kinoşünas   AydınDadaşov  





Xəbər lenti