Bakı metrosunda qorxulu hadisə: Özünü qatarın altına atdı

Bakı metrosunda qorxulu hadisə: Özünü qatarın altına atdı
  15 Mart 2017    Oxunub:6554
Bakı metrosunun “Ulduz” stansiyasında intihara cəhd olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun "Ulduz" stansiyasında baş verib.

Onun sözlərinə görə, 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

N.Paşayev deyib ki, intihara cəhdin səbəbləri hələlik məlum deyil.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Metro   Qatar  





Xəbər lenti