Xırdalanda tələbələr dəm qazından boğuldu - 5 nəfər öldü
İlkin məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların yaxın qohumlarıdır.
Hazırda rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və cəsədlərə baxış keçirirlər.
**
Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)
AzVision.az
Teqlər: Xırdalan