Metroda qorxulu anlar yaşandı - Fotolar (Yenilənib)

Metroda qorxulu anlar yaşandı - Fotolar (Yenilənib)
  16 Mart 2017    Oxunub:31697
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, bu gün axşam saatlarında “28 may” və “Gənclik” metrostansiyaları arasındakı tuneldə tüstülənmə olub.

"Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir. Tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir".

N.Paşayev daha sonra əməkdaşımızla əlaqə saxlayaraq bildirib ki, artıq problem tam olaraq aradan qaldırılıb. Hazırda qatarların normal qaydada hərəkəti davam edir. Narahatçılığa əsas yoxdur.

***
(20:18-də)

Bakı metrosunun "28 May" stansiyasında qorxulu anlar yaşanıb.

Sərnişinlərin AzVision.az-a bildirdiyinə görə, "Dərnəgül" istiqamətdə hərəkət edən qatarın platformasında yanğın olub.

Əraziyə FHN-nin briqaları cəlb olunub. Bir nəfərin zəhərləndiyi deyilir. Həmin şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.









Hafiz Əhmədov
AzVision.az


Teqlər: Bakı   Metro   Yanğın   FHN  





Xəbər lenti