Yaralı tələbələrdən yeni xəbər var
![Yaralı tələbələrdən yeni xəbər var Yaralı tələbələrdən yeni xəbər var](https://azvision.az/photos/qezadanb-fotolar-(4)_2978098502_1489389161_1489650749.jpg)
Bunu AzVision.az-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova deyb. Nazirlik rəsmisi bildirib ki, hazırda Sumqayıt Şəhər Xəstəxanasında 2 tələbə müayinə olunur, onları vəziyyəti stabildir.
“Kliniki Tibbi Mərkəzdə 3 tələbə var. Onlardan ikisi Sumqayıt Şəhər Xəstəxanasından köçürülən və əməliyyat olunan tələbələdir. Həmin tələbələrin vəziyyəti stabil qiymətləndirilir”.
Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Sumqayıt Qəza Tələbə SDU