İntihar edən yazarın iş yoldaşı: "Deyirdi ki, uşaqlarla görüşəcəyik"

İntihar edən yazarın iş yoldaşı: "Deyirdi ki, uşaqlarla görüşəcəyik"
  16 Mart 2017    Oxunub:5868
“Mövludun kirayə qaldığı ev iş yerinə yaxın beşəmərtəbli binada idi. O, işlədiyi binanın 17-ci mərtəbəsindən özünü atıb”.

Bu barədə AzVision.az-a gənc yazar Mövlu Mövludun iş yoldaşı, “Teleqraf.com”-un redaktoru Qurban Yaquboğlu deyib.

Q.Yaquboğlu dünən Mövludla eyni vaxtda işdən çıxdığını, bir qədər onunla söhbət etdiyini deyib.

“Onunla bir otaqda işləyirdik. Dünən də bir yerdə idik. Bir az emosional adam idi, həmişəki kimi işdən birlikdə çıxdıq. Deyirdi ki, uşaqlarla görüşəcəyik. Onunla bir qədər getdikdən sonra ayrıldıq. O, iş yerinin yaxınlığındakı beşmərtəbəli binada kirayədə qalırdı. Amma özünü işlədiyimiz binanın 17-ci mərtəbəsindən atıb. Lakin bizim iş yerimiz küçəyə açılır, o, özünü həyətə tərəf atıb”.

Qeyd edək ki, martın 16-da gecə saat 02:00 radələrində 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Mövlud Mövlud müğənni Xumar Qədimovanın bacısı oğludur.

Aytən Zəhra
AzVision.az


Teqlər: İntihar   Yazar  





Xəbər lenti