Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
  17 Mart 2017    Oxunub:985
Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  





Xəbər lenti