Masallıda 2 otaqlı ev yanıb
![Masallıda 2 otaqlı ev yanıb Masallıda 2 otaqlı ev yanıb](https://azvision.az/photos/fhn_1489893952.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı rayonu, Yeddioymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az