Tovuzda 9 nəfər yol qəzasında yaralandı

Tovuzda 9 nəfər yol qəzasında yaralandı
  19 Mart 2017    Oxunub:1506
Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində “VAZ 2106” və “VAZ2101” markalı minik avtomobilləri toqquşub.

AzVision.az Reporta istinadən xəbər verir ki, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub. Hadisə nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.

AzVision.az


Teqlər: Tovuz   Qəza  





Xəbər lenti