Bakıda DYP avtomobili ağır qəza törədib

Bakıda DYP avtomobili ağır qəza törədib
  19 Mart 2017    Oxunub:12143
Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzVision.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı “BMW” ilə “QazEl” markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DYP   Qəza   Bakı  





Xəbər lenti