İmkanı olmayanlar gediş haqqı ödəməsin! - Video

İmkanı olmayanlar gediş haqqı ödəməsin! - Video
  20 Mart 2017    Oxunub:2938
Sumqayıtda marşrut sürücülərindən biri çox insana nümunə olacaq bir addım atıb. O, imkansız şəxsləri avtobusla pulsuz daşıyır. Bu yolla o, cəmiyyətin aztəminatlı təbəqəsinə yardım etdiyini düşünür.

AzVision.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, avtobusda olan lövhədə imkanı olmayanların gediş haqqı ödəməməsi qeyd olunub. Belə lövhə Sumqayıtda "7A" saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində yerləşdirilib. Şəhər sakini, 35 yaşlı Elçin Məmmədov xeyirxah addım ataraq özünün idarə etdiyi avtobusa bu cür elan yerləşdirib ki, pulu olmayanlar da nəqliyyat vasitəsindən istifadə edə bilsinlər.

Sürücü deyir ki, əvvəllər yalnız bayram günlərində imkansız şəxsləri pulsuz daşıyıb. Amma indi hər gün bu xeyirxah əməli yerinə yetirir.

Elçin Məmmədovun sözlərinə görə, gün ərzində onlarla imkansız insan onun avtobusundan pulsuz istifadə edir. Lakin bu xeyirxah niyyətdən fırıldaqçılıq məqsədilə istifadə edənlər də var.

Elçin Məmmədov bütün sui-istifadə hallarına baxmayaraq, bu xeyirxah əməlini davam etdirəcəyini deyir.






Teqlər: Avtobus  





Xəbər lenti