Yanğın bir ailəni evsiz qoydu
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus taxta konstuksiyalardan ibarət birmərtəbəli ümumi sahəsi 190 m2 olan 7 otaqlı evin 2 otağı və ev əşyaları 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az