Bakı-Ələt yolunda avtobus qəzası, ölən var

  20 Mart 2017    Oxunub : 1143
Bakı-Ələt yolunda avtobus qəzası, ölən var

Bakı-Ələt yolunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

"Sədərək" ticarət mərkəzinin yaxınlığında baş verən qəza zamanı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var.

Əraziyə təcili tibbi yardım və polis cəlb olunub. (Milli.az)

AzVision.az

Teqlər: Bakı   Qəza