Şəmkirdə ev yanıb
![Şəmkirdə ev yanıb Şəmkirdə ev yanıb](https://azvision.az/photos/1b006b68e0798fc3af106d4bbfe18e62_1490114161.jpg)
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Yeniabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.