Sərnişin qatarı 47 yaşlı kişini vurdu
Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.
Hazırda Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər. (Report)
AzVision.az
Teqlər: