Ağstafada ev yanıb
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Dağkəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az