Xaçmazda 4 otaqlı ev yanıb
![Xaçmazda 4 otaqlı ev yanıb Xaçmazda 4 otaqlı ev yanıb](https://azvision.az/photos/yangin-hadisesi_1490286976.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Qusarçay kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az