Yevlaxda 3 otaqlı ev yanıb

Yevlaxda 3 otaqlı ev yanıb
  26 Mart 2017    Oxunub:1066
Yevlaxda yanğın qeydə alınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağının çardağı, tavanı 50 m2 sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın.Yevlax  





Xəbər lenti