Bakı bulvarında dəhşətli intihar
![Bakı bulvarında dəhşətli intihar Bakı bulvarında dəhşətli intihar](https://azvision.az/photos/bulvar-intihar_1490558658.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 21:25-də başa çatıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
AzVision.az